“Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının deputatlarının mandatları ləğv olunarsa, oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra parlament birpartiyalı ola bilər”.
“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
“Bu gün Moldova parlamenti praktiki olaraq birpartiyalıdır, lakin heç kim bu barədə danışmır. Hər kəs eyni hal yaşanarsa, bunu Gürcüstanda da alqışlayacaq”, – o qeyd edib.
Kobaxidze bir müddət əvvəl bildirib ki, Gürcüstan parlamentinin eks-prezident Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat Partiyasından olan deputatlar siyasi birliyin konstitusiyaya zidd elan edilməsindən sonra deputat mandatlarından məhrum ediləcəklər.
Avqustun 20-də Gürcüstanın hakim partiyası bəyanat yayıb ki, qarşıdan gələn parlament seçkilərində qalib gəlsə və qanunverici orqanda konstitusion çoxluğu əldə etsə, Vahid Milli Hərəkatı konstitusiyaya zidd partiya elan edəcək.