Xəbərlər

Gürcüstan parlamenti ziyarətçilərə bağlanıb

Gürcüstan parlamentinin rəhbərliyi genişmiqyaslı anti-hökumət nümayişləri ilə əlaqədar Tiflisdəki qanunvericilik binasını ziyarətçilərin üzünə bağlamaq qərarına gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstan parlamentinin bəyanatında bildirilib.

“Bu gündən, yəni noyabrın 29-dan etibarən parlament binasında qırmızı təhlükəsizlik səviyyəsi tətbiq edilib, qırmızı səviyyə zamanı parlament aparatının rəhbəri tərəfindən müəyyən edilmiş şəxslərdən başqa heç kim Gürcüstan parlamentinə buraxılmayacaq”, – bəyənatda qeyd olunub.