Gürcüstan parlamentinin iclası zamanı deputatlar arasında dava düşüb.
“Füyuzat”ın məlumatına görə, qanunverici orqanın toplantısında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi müzakirə olunub.
Deputat Mamuka Mdinaradze tribunada danışan zaman müxalif Vətəndaşlar Partiyasının lideri, deputat Aleko Elisaşvili qəfildən tribunaya doğru gedib və deputata yumruqla zərbə endirib.
Qeyd edək ki, bu zaman davaya digər deputatlar da qoşulub.