Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib xarici agentlər haqqında qanunu imzalayıb, beləliklə qanun qüvvəyə minib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Papuaşvili mətbuata açıqlamasında bildirib.
“Bu gün mən “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzaladım”, – Papuaşvili qeyd edib.
Parlament sədri qeyd edib ki, qanun müvafiq qəzetdə dərc edildikdən sonra Ədliyyə Nazirliyinə tələb olunan normativ aktları hazırlamaq və təşkilatlar üçün elektron portal açmaq üçün 60 gün vaxt veriləcək. Bundan sonra sənədin əhatə etdiyi qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri reyestrdə qeydiyyatdan keçərək 2023-cü il üçün maliyyə bəyannaməsini dərc etməlidirlər.
Respublika prezidenti Salome Zurabişvili mayın 18-də qanuna veto qoyub, lakin parlament mayın 28-də vetonu ləğv edib. Yenidən qüvvəyə minmiş qanun təkrar Zurabişviliyə göndərilib. İkinci dəfə onun qanunu imzalanması üçün beş gün vaxt var idi. Əks halda, sənəd parlamentin spikeri tərəfindən imzalanıb dərc olunacaqdı. Belə də oldu. Prezident ikinci dəfə də qanunu imzalamayıb, nəticə bu hüquq Parlamentin spikerinə keçib. Spiker isə qanun layihəsini təsdiq edib, bundan sonra yeni qanun qüvvəyə minib.