Xəbərlər

Gürcüstan prezidenti Türkiyəyə səfər edəcək

Gürcüstan prezidenti Mixail Kavelaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Respublikası Prezident Administrasiyası, Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Burhanəddin Duran məlumat verib.

“Səfər zamanı biz cari regional və qlobal hadisələr, eləcə də strateji tərəfdaşımız Gürcüstanla bütün sahələrdə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparacağıq”, – o əlavə edib.