Oktyabrın 20-də Tbilisidə yürüş başlayıb, yürüşün şüarı “Gürcüstan Avropa İttifaqını seçir”dir.
“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Yürüş iştirakçıları saat 17:00-da Avropa bayraqları və Avropayönlü pankartlarla bir neçə yerdə toplaşıblar.
Tədbirin iştirakçıları arasında vətəndaşlar, müxalifət liderləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri də olub.
Aksiyada Gürcüstan Prezidenti Salome Zurabişvili də iştirak edib. Yürüş zamanı o, Moldova Prezidenti Maia Sandu və Ukrayna Prezidenti Vladimir Zelenskiyə dəstəyini ifadə edib.