“ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Gürcüstanın qeyri-hökumət təşkilatları (QHT-lər) ölkədə vəziyyətin sabitliyini pozmaq cəhdlərində iştirak etmiş və iştirak etməkdə davam edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə jurnalistlərə ölkənin Baş naziri İrakli Kobaxidze məlumat verib.
“Gürcüstanın ən varlı QHT-lərindən birbaşa Gürcüstanda inqilab üçün istifadə olunub. Proses bu gün də davam edir. Bu, bir növ əvvəllər başlayan prosesin davamıdır”, – Kobaxidze bildirib.



