“Volodimir Zelenski Ukrayna və Ukrayna xalqının əvəzinə başqa ölkələrin maraqlarına xidmət edir”.
“Füyuzat”ın məlumatına görə, bunu jurnalistlərə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
“Zelenski bu gün özünə, ailəsinə aid deyil və ən əsası, Ukraynaya və Ukrayna xalqına aid deyil”, – Kaladze deyib.
Qeyd edək ki, Zelenski dekabrın 5-də Ukraynanın Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməsi haqqında fərman imzalayıb. 19 nəfər, o cümlədən “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvili, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili, ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri, Tbilisi meri Kaxa Kaladze sanksiyaya məruz qalıb.