Döyüş xidməti zamanı ağır yaralanan gürcü əsgəri Zurab Pisenko xəstəxanada dünyasını dəyişib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
“Pisenko xidməti vəzifələrini yerinə yetirərkən yanıq xəsarətləri alıb. Gürcüstanda müalicə aldıqdan sonra Türkiyədə ixtisaslaşmış klinikaya köçürülüb.
Yüksək keyfiyyətli tibbi yardım göstərilməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb”, – deyə məlumatda bildirilir.
45 yaşlı Zurab Pisenko avqustun əvvəlində xəstəxanaya yerləşdirilib.