Xəbərlər

Gürcüstanın Aİ-yə daxilolma prosesi dayandırılıb

Avropa İttifaqı (Aİ) rəhbərliyi Gürcüstanın təşkilata qəbulu prosesini dayandırmaq qərarına gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinsk məlumat yayıb.

“Təəssüflə bildirirəm ki, Gürcüstanın Avropa İttifaqına üzvlüyü prosesini dayandırmaq barədə razılığa gəlinib”, – deyə Qerçinsk Tbilisidə keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Qeyd edək ki, Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulundan sonra ölkənin Avropa İttifaqı və Qərb ilə münasibətlərində problemlər yaranmışdı.