Xəbərlər

Gürcüstanın hakim partiyası prezidentliyə namizədini açıqlayıb

Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası ölkə prezidenti postuna deputat və keçmiş futbolçu Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə partiyanın mərkəzi ofisində keçirilən brifinqdə bildirilib.

“Mən şadam ki, partiyanın Siyasi Şurasının qərarına əsasən, Gürcüstan prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürürəm”, – “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvili deyib.