Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek (Yaşıllar) öz partiyasından Almaniya kansleri postuna namizəd olmaq niyyətində olduğunu bilidirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” məlumat yayıb.
O həmçinin partiyasının mövqeyini gücləndirmək niyyətində olduğunu bəyan edib və seçkilərin nəticələrinə görə Xristian Demokratik və Xristian Sosial Birliklərinin (CDU/CSU) müxalifət bloku ilə hakim koalisiya yaratmağın mümkünlüyünü də qeyd edib.