Haitidə mikroavtobusa silahlı hücum nəticəsində 10 nəfər ölüb, çox sayda insan yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə ölkə mətbuatı xəbər verib.
Xəbərə görə, paytaxt Port-au-Prinsdə polis idarəsi yaxınlığında bir qrup şəxs mikroavtobusa silahlı hücum edib.
Hadisə şahidlərinin sözlərinə görə, dəstənin dur xəbərdarlığına tabe olmayan mikroavtobus odlu silahlarla atəşə tutulub.
Qeyd edək ki, hadisəyə görə “400 Mwozo” dəstəsi məsuliyyəti öz üzərinə götürüb. Polis genişmiqyaslı əməliyyata başlayıb.