Xəbərlər

Hakan Fidan ABŞ-a səfər edəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan Tramp administrasiyası dövründə ilk dəfə ABŞ-a rəsmi səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.Bildirilib ki, Fidan martın 25-26-da Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşəcək.

Fidanın gündəmində müdafiə sənayesində satınalma proseslərinə maneə yaradan səbəblərin aradan qaldırılması da yer alacaq.

Həmçinin, Hakan Fidanın CAATSA sanksiyalarının qaldırılması üçün işlərə başlanması lazım olduğunu vurğulaması gözlənilir. Bu çərçivədə Türkiyənin F-35 proqramına qayıtması prosesinin yenidən nəzərdən keçirilməsinin əhəmiyyəti çatdırılacaq.