Türkiyənin xarici işlər naziri Hakan Fidanın Avropa İttifaqının (Aİ) dəvəti ilə xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Belə ki, Türkiyə 5 ildən sonra Aİ-nın xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına dəvət olunub.
Qeyd edilib ki, bu dəvət Aİ-nın Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasının zəruriliyini anladığını göstərir.