Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışdığını açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat paylaşıb.
Görüş zamanı Hakan Fidan Qəzzanın şimalında humanitar vəziyyətin fəlakətli səviyyəyə çatdığını diqqətə çatdırıb və Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini vurğulayıb.
Həmçinin Ukraynadakı son vəziyyət də müzakirə olunub.
Öz növbəsində Blinken dünən Ankarada baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.