Xəbərlər

Hakan Fidan efiopiyalı və somalili həmkarları ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Efiopiyanın xarici işlər naziri Taye Atske Selassie və Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Muallim Fiqi ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

“Hakan Fidan Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd müəllim Fiqi ilə də görüşüb. Nazirimiz həmçinin Efiopiyanın xarici işlər naziri Taye Atske Selassie ilə də görüşüb”, – məlumatda qeyd edilib.

Türkiyənin vasitəçiliyi ilə Efiopiya ilə Somali arasında “Ankara Prosesi” həyata keçirilir. Bu çərçivədə iki ölkənin nümayəndə heyətlərinin avqustun 12-də paytaxt Ankarada görüşəcəyi açıqlanıb.