Xəbərlər

Hakan Fidan Ərəb Liqasının baş katibi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirdəki rəsmi təmasları çərçivəsində Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Ebu Qayt ilə Alemeyn şəhərində görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, Hakan Fidanın Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə də görüşü planlaşdırılıb.