Xəbərlər

Hakan Fidan İsraili ittiham edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Suriyanın suverenliyinə və ərazi bütövlüyünə təcavüz etdiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hakan Fidan Türkiyə parlamentində Xarici İşlər Nazirliyinin (XİN) büdcəsinin müzakirəsi zamanı deyib.

“Suriya ərazisini işğal edən İsrail işğalçılıq zehniyyəti ilə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə qəsd edir. Biz suriyalı qardaş və bacılarımızı hər zaman dəstəkləyəcəyik. Suriyanı yeni hakimiyyətlər dövründə bütün dini və etnik qrupların nümayəndələrinin sülh içində yaşaya biləcəyi sabit bir ölkə kimi görmək istəyirik”, – nazir əlavə edib.