Xəbərlər

Hakan Fidan: İsraili qeyd-şərtsiz dəstəkləyənlər Qəzzada törədilən qətliama ortaqdırlar

“İsraili qeyd-şərtsiz dəstəkləyənlər Qəzzada törədilən qətliamın ortaqlarıdır. Qətliamın günahkarları cəzasız qalmamalıdır, bu qatillər gec-tez beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Qeyd edək ki, Fidan İstanbulda Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri ilə görüşüb. Tərəflər birgə mətbuat konfransı keçirib.