Xəbərlər

Hakan Fidan: Netanyahu öz soyqırımını gizlətməyə çalışır

“Beynəlxalq ictimaiyyətin faktlara əsaslanaraq soyqırım kimi tanıdığı reallıqlar var”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Dünyanın soyqırım kimi tanıdığı faktlar var. İsrailin Baş naziri Benyamin Netanyahunun etməyə çalışdığı öz soyqırımını gizlətmək cəhdindən başqa bir şey deyil.

İsrailin toxunulmazlığı illüziyası darmadağın edilib. Fələstin məsələsi və son iki ildə Qəzzada baş verən soyqırımı təkcə xalqımızın deyil, bütün müsəlmanların yarasıdır, bütün dünyanın ağrısıdır.

İsrail 1967-ci ildə razılaşdırılmış sərhədlərdən xeyli irəli gedir, genişlənməyə və işğala can atır. Bu, göz qabağındadır”, – o vurğulayıb.