Xəbərlər

Hakan Fidan nüvə müharibəsi barədə xəbərdarlıq edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsi və İsrailin Fələstinə hücumları ilə bağlı vacib mesajlar verib.

“Füyuzat”ın məlumatına görə, bunu Hakan Fidan Sloveniyanın Baş nazirinin müavini və xarici işlər naziri Tanya Fajonla birgə mətbuat konfransında deyib.

“Qəzzada soyqırım hələ də davam edir. İsrail Qəzzada insanları ac və susuz qoyur, insani dəyərləri, məktəbləri, məscidləri və kilsələri məhv edir”, – Fidan bildirib.

Hakan Fidan Rusiya-Ukrayna müharibəsində toxunub: “Rusiya-Ukrayna müharibəsi artıq 3 ildir ki, davam edir. Bu müharibənin nüvə savaşına çevrilməsi riski olduqca yüksəkdir. Müharibənin bölgəmizə daha çox zərər verməməsi üçün dərhal danışıqlara başlamaq lazımdır”.