Xəbərlər

Hakan Fidan Özbəkistana səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidanın daxili işlər naziri Ali Yerlikaya və Milli İstihbarat Təşkilatının (MİT) direktoru İbrahim Kalın ilə sabah Özbəkistana səfər edəcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, görüşlərdə ikitərəfli siyasi və iqtisadi əlaqələr, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlıq qiymətləndiriləcək.

Hakan Fidanın səfər çərçivəsində özbəkistanlı həmkarı Bəxtiyar Səidov ilə də görüşünün planlaşdırıldığı bildirilib.