Türkiyənin xarici işlər naziri Hakan Fidan Şimali Makedoniyaya rəsmi səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
Səfər çərçivəsində Hakan Fidanın Makedoniyanın Baş naziri Hristijan Mickoski, parlament sədri Afrim Qaşi və həmkarı Timko Muçunsk ilə görüşəcəyi bildirilib.
Qeyd edilib ki, görüşlər zamanı Ankara ilə Skopye arasındakı əlaqələr bütün aspektlərdə dəyərləndiriləcək.