Türkiyənin xarici işlər naziri Hakan Fidanın İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün sabah Tehrana səfər edəcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada qeyd edilib: “Nazirimiz İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün 30 iyul 2024-cü il tarixində Tehrana səfər edəcək”.