Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada ukraynalı həmkarı Andrey Sibiha ilə görüşəcək. Ankarada keçiriləcək görüşdə iki ölkə arasındakı münasibətlər, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və bir çox başqa mövzular müzakirə olunacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, Ukraynanın xarici işlər naziri Andrey Sibiha ilk rəsmi səfərini Türkiyəyə edəcək.
İclasda Rusiya-Ukrayna müharibəsi gündəmdə olacaq. Fidan həmkarına Türkiyənin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyini bir daha bəyan edəcək.
Fidanın artan müharibə təhlükəsinə diqqət çəkməsi gözlənilir. Türkiyənin beynəlxalq hüquq əsasında müharibənin ədalətli və daimi həllini təmin etməyə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğunu vurğulaması gözlənilir.