ABŞ-ın dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefonla danışıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“İki siyasi xadim Yaxın Şərqdə sülh və sabitliyə davamlı dəstəyi müzakirə ediblər və Rusiya-Ukrayna münaqişəsinin uzunmüddətli danışıqlar yolu ilə sona çatması üçün diplomatik səylərin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər”, – departamentdən bildirilib.



