“YPG-nin Suriyada olan dağıdıcı hərəkətlərini izləyirik”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyanın xarici işlər naziri Həsən əl-Şibani ilə görüşündən sonra deyib.
“Suriyada yeni dövr başlayıb. Bundan narahat olan aktorlar prosesi mənfi yönə çevirməyə çalışırlar. Süveyda hadisələri bu qaranlıq mənzərənin yaranmasına səbəb olan ən böyük amillərdən biridir. Yeni Suriya bütün xalqların, inancların və mədəniyyətlərin qorunub saxlandığı və birgə yaşaya biləcəyi bir Suriya olmalıdır. Biz bu istiqamətdə tövsiyələr veririk. Suriyada hər kəs öz məsuliyyətini dərk etməlidir, təhlükəsizlik problemi olmamalıdır, sabitliyi pozan rəftarlara yol verilməməlidir”, – nazir əlavə edib.



