Xəbərlər

Harris: ABŞ-dakı problemlər digər ölkələrə dəstəyə mane olmamalıdır

“Vaşinqton daxili problemlərin həlli üçün digər ölkələrə dəstəyindən imtina etməməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris “iHeartRadio” radiostansiyasına müsahibəsində deyib.

“Mən qəti şəkildə inanıram ki, Amerika heç vaxt qlobal lider kimi öz məsuliyyətindən imtina etməməlidir. Bu, bizim milli təhlükəsizliyimizin, amerikalılar olaraq hər birimizin və dünya səhnəsindəki mövqeyimizin tələblərinə cavab verir”, – Harris bildirib.