Xəbərlər

Harris ABŞ seçkilərində poçtla səs verib

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabrın 5-də ölkədə keçiriləcək ümumi seçkilərə erkən səs verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Harris Miçiqan ştatında jurnalistlərə deyib.

“Mən indicə poçtla göndərilən seçki bülletenimi doldurdum. Mənim bülletenim artıq Kaliforniyaya gedir”, – Harris bildirib.

Verilən məlumata görə, Harris həmçinin Qəzza zolağındakı vəziyyətdən danışıb, yenidən Qəzza zolağında hərbi əməliyyatları dayandırmağa və girovların azad edilməsinə çağırıb.