Xəbərlər

Harris: Amerikalılar prokuror və cinayətkar arasında seçim edəcəklər

ABŞ-ın vitse-prezidenti Kamala Harris seçki kampaniyasındakı ilk çıxışında respublikaçı rəqibi Donald Trampa qarşı fikirlər səsləndirib. Amerikalıların prokuror və məhkum edilmiş cinayətkar arasında seçim edəcəklərini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Viskonsin ştatında çıxış edən Harris Donald Trampı fırıldaqçılarla müqayisə edib.

Qeyd edilib ki, Harris prezidentliyə namizəd olmaq üçün lazımi sayda nümayəndə topladıqdan bir gün sonra ilk çıxışını edib.