Xəbərlər

Harris: İran ABŞ-ın əsas düşmənidir

ABŞ-ın vitse-prezidenti Kamala Harris İranı Vaşinqtonun əsas düşməni hesab etdiyini və İranın nüvə silahı əldə etməsinə mane olmağa çalışdığını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə o “CBS” telekanalına müsahibəsində deyib.

Harris ona ünvanlanan, “hansı ölkəni ABŞ-ın əsas rəqibi hesab edir?” – sualına belə cavab verib: “Mənim ağlıma bir ölkə gəlir. Bu İrandır. İranın əlində Amerika qanı var. İranın heç vaxt nüvə gücünə çevrilmək imkanına sahib olmamalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”, – Harris vurğulayıb.