Xəbərlər

Harris: Qalib gəlsəm, Baydenin kursunu davam etdirməyəcəm

“Noyabrda keçiriləcək seçkidə qalib gəlsəm, ABŞ Prezidenti Co Baydenin prezidentlik kursunu davam etdirməyəcəm”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris “Fox News”a müsahibəsində deyib.

“Mənim prezidentliyim Co Baydenin prezidentliyinin davamı olmayacaq və vəzifəyə gələn hər hansı digər prezident kimi mən də öz həyatımı, peşəkar təcrübəmi və yeni ideyalarımı gətirəcəyəm”, – Harris bildirib.