ABŞ-ın vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris iddia edib ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsi Qəzza zolağında atəşkəslə bağlı razılığın əldə olunmasını asanlaşdıracaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Harris MSNBC telekanalına müsahibəsində deyib.
“İlk növbədə, deyə bilərəm ki, proses çətin olacaq. Amma biz bu müharibəni dayandırmalıyıq. Girovları azad etməliyik. Gələn həftə dövlət katibi Entoni Blinkeni tərəflərlə görüşmək üçün göndərəcəyik”, – Harris bildirib.