“Tramp qeyri-qanuni miqrasiya problemindən yalnız seçki məqsədləri üçün istifadə edir və onu həll etmək iqtidarında deyil”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris Las-Veqas şəhərində keçirilən mitinqdə səsləndirib.
“Bunlar ciddi problemlərdir və bilirik ki, Donald Tramp onları həll etməyəcək. Tramp bu problemi həll etməkdənsə, seçki yarışında istifadə etməyi seçdi”, – Harris deyib.