ABŞ-ın vitse-prezidenti və Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris ABŞ-ın keçmiş Prezidenti Donald Trampa zəng edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Hill” qəzeti məlumat yayıb.
Harris qatıldığı tədbirdə çıxış edərək Trampa zəng edib və ona tezliklə sağalmasını arzuladığını bildirib.
“ABŞ-da siyasi zorakılığa yer yoxdur. Mənim bu seçkidə və yarışda olmağımın bir çox səbəbi var ki, onlardan biri də demokratik yollarla demokratiyamız uğrunda mübarizə aparmaq və siyasi zorakılığın qarşısını almaqdır”, – Harris vurğulayıb.