“Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə Putinin qalib gəlmək riski var”.
“Füyuzat”ın məlumatına görə, bunu Demokratlar Partiyasından prezidentliyə namizəd və ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harris deyib.
Kamala Harris Miçiqan ştatında seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə çıxış edərkən Trampın Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində bitirmək barədə dəfələrlə verdiyi vədləri xatırladıb: “Bunu oxuyun və onun nə dediyini anlayın. O, təslim olacaq… Suverenliyini pozan işğalçıya qarşı mübarizədə Ukraynanı təslim edəcək. Donald Tramp prezident olsa, Vladimir Putin Kiyevdə oturacaq. Bunun Amerika və dünyadakı mövqeyimiz üçün nə demək olduğunu anlayın”.