Xəbərlər

Harris Trampla debatda iştirak etməkdən imtina edib

ABŞ-ın vitse-prezidenti Kamala Harris Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla sentyabrın 4-də “Fox News”da keçiriləcək debatdan imtina edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, Tramp daha əvvəl Harrislə üç raund seçki debatları keçirmək istədiyini bildirib. Trampın təklifinə görə, birinci debat sentyabrın 4-də “Fox News”da, ikincisi sentyabrın 10-da “ABC” telekanalında, üçüncü isə “NBC”-də keçirilməli idi.

Harrisin yalnız sentyabrın 10-da keçiriləcək debatda iştirak etməyə razılıq verdiyi bildirilib.