ABŞ-ın vitse-prezidenti və Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Kiyevə hərbi yardım və Ukraynanın enerji sisteminə dəstək məsələsini müzakirə edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Vitse-prezident Ukraynanı dəstəkləməkdə sarsılmaz öhdəliyini ifadə edib”, – məlumatda bildirilib.