Harvard Universiteti hökumətin universitetə ayrılan maliyyə vəsaitinin dondurulmasının qarşısını almaq üçün ABŞ prezidenti Donald Trampın administrasiyasına qarşı iddia qaldırdığını açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Harvard Universitetinin rəhbəri Alan Qarber Tramp administrasiyasının universitetin vəsaitlərini dondurması qərarına münasibət bildirərkən deyib.
Qeyd edək ki, Qarber hökumətin vəsaitləri dondurmasının qanunsuz olduğunu, səlahiyyətlərini aşdığını və universitetə ayrılan vəsaitlərin dondurulmasını dayandırmaq üçün Tramp administrasiyasını məhkəməyə verdiyini söyləyib.



