Xəbərlər

Helsinkidə terrorçuluqda şübhəli bilinən əcnəbilər həbs edilib

Helsinki Rayon Məhkəməsi terrorçu qruplaşmanın fəaliyyətində iştirakda şübhəli bilinən üç əcnəbi barəsində həbs qətimkan tədbiri seçib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb.

Məlumata görə, 2023-cü il yanvarın 1-dən 2024-cü il iyunun 10-dək Helsinkidə üç əcnəbi cinayətkarlıqla məşğul olub. Ehtimallara görə, həmin şəxslər İŞİD ilə əlaqədə olublar.

Polis komissarı Mikko Salminen hazırda bu məsələni araşdırdıqlarını bildirib.