Xəbərlər

HƏMAS Ankaradakı terror aktını pisləyib

HƏMAS hərəkatı Ankarada törədilən terror aktını pisləyərək, Türkiyə rəhbərliyi və vətəndaşları ilə həmrəy olduğunu bəyan edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə hərakatın rəsmi “Telegram” kanalında bildirilib.

“Həlak olanların ailələrinə dərin və səmimi başsalığı veririk, yaralıların tezliklə sağalmasını arzulayırıq”, – məlumatda bildirilib.