Xəbərlər

HƏMAS: BƏM-in atəşkəs qərarına İsrail əməl etdiyi müddətcə əməl edəcəyik

“Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) İsrailə qarşı açılan soyqırım iddiasında atəşkəs qərarı verəcəyi təqdirdə və İsrailin bu qərara əməl etdiyi müddətcə biz də qərara əməl edəcəyik”.

“Füyuzat”ın məlumatına görə, bu barədə HƏMAS təşkilatı yazılı açıqlama verib.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsinin Cənubi Afrika Respublikasının Qəzza zolağında “soyqırım” törətdiyi əsası ilə İsrailə qarşı qaldırdığı iddiada müvəqqəti tədbirlərin görülməsi tələbləri ilə bağlı qərarını sabah açıqlayacağı gözlənilir.

HƏMAS tərəfindən bu qərarın yaxından izləndiyi və BƏM-in qarşılıqlılıq prinsipi və beynəlxalq hüquq əsasında qərarına əməl edəcəkləri açıqlanıb.