Xəbərlər

HƏMAS-ın yeni lideri Məhəmməd Sinvar oldu

Fələstinin HƏMAS hərəkatının silahlı qanadının – İzzəddin əl-Qəssam Briqadalarının rəhbəri Məhəmməd Sinvar HƏMAS-ın Qəzza zolağındakı yeni lideri seçilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Məhəmməd Sinvar 2024-cü ilin oktyabrında vəfat edən HƏMAS lideri Yəhya Sinvarın kiçik qardaşıdır.

Nəşrin həmsöhbətləri qeyd edirlər ki, hərəkatın yeni rəhbəri İsrailin hərbi əməliyyatı nəticəsində HƏMAS-ın itirdiyini gücünü geri qaytarmaq üçün fəal səylər göstərir.