Xəbərlər

HƏMAS: İsrail elektrik enerjisini kəsərək Qəzza razılaşmasını pozdu

HƏMAS hərəkatı İsrail hakimiyyətinin Qəzza anklavına elektrik enerjisinin verilişini kəsmək qərarını atəşkəs razılaşmasının kobud şəkildə pozulması halı adlandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə hərəkatın adının açıqlanmayan nümayəndəsi bildirib.

“İsrailin son hərəkətləri bütün imzalanmış sazişlərin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bir daha sübut edir ki, qarşı tərəf razılaşmaların bir hissəsini yerinə yetirmir. İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı müqavilənin icrasını təxirə salmağa və bütün tərəflərə yalnız öz maraqlarına cavab verən yeni plan tətbiq etməyə çalışır”, – nümayəndə bildirib.