Fələstinin HƏMAS hərəkatı İsrail qüvvələri blokadada olan Qəzza zolağından çəkilməyənə qədər saxladığı girovları azad etməyəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə təşkilatın Yəhya Sinvarın vəfatı ilə bağlı “Telegram” kanalında dərc olunmuş nekroloqda deyilir.
“Biz (HƏMAS tərəfdarları – red.) bəyan edirik ki, müqavimət birləşmələri tərəfindən saxlanılan girovlar İsrailin Qəzza zolağına təcavüzü dayandırılmayana, İsrail qoşunları anklavdan çıxarılana və hərbi əməliyyatlar dayandırılmayana, İsrail həbsxanalarında saxlanılan fələstinlilər azad edilməyənə qədər evlərinə qayıtmayacaqlar”, – nekroloqda qeyd edilir.