HƏMAS hərəkatı İsrailin Baş naziri Benyamin Netanyahu hökumətindən Qəzza zolağında atəşkəs razılaşmasının pozulmasına görə bütün məsuliyyəti öz üzərinə götürməyi tələb edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə hərəkatın “Telegram” kanalında bildirilib.
“Biz vasitəçilərdən tələb edirik ki, atəşkəs razılaşmasını pozduğuna görə Netanyahunu tam məsuliyyətə cəlb etsinlər”, – məlumatda bildirilib.