“İsrailin səhər saatlarında Qəzza zolağının şimalındakı Beyt Lahiyada həyata keçirdiyi və 66 nəfərin ölümü ilə nəticələnən hücumu ABŞ-ın Qəzzada atəşkəs tələb edən qətnamə layihəsinə veto qoymasının nəticəsidir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə HƏMAS yazılı açıqlamasında məlumat yayıb.
“Qəzza zolağının şimalında 50 günə yaxındır ki, fasiləsiz davam edən etnik təmizləmə çərçivəsində bu gün səhər saatlarında dəhşətli hadisə baş verdi. Beyt Lahiyadakı Kemal Advan xəstəxanası ətrafındakı mülki məhəlləni bombalayan, ilkin hesablamalara görə 66 nəfərin ölümünə və çoxlu sayda insanın yaralanmasına səbəb olan İsrail Fələstin xalqına qarşı törətdiyi vəhşi hücumu daha da dərinləşdirməyə davam edir”, – məlumatda bildirilib.