Xəbərlər

HƏMAS İsrailin tərksilah tələbini rədd edib

HƏMAS İsrailin hərəkatın Qəzza zolağında tərksilah edilməsi və qüvvələrini geri çəkməsi tələbini rədd edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə təşkilatın nümayəndəsi bildirib.

“İsrailin HƏMAS-ın Qəzza zolağından çıxarılması şərti gülünc bir psixoloji müharibədir. Hərəkatın Qəzzadan çıxarılması və ya tərksilah edilməsi qəbuledilməzdir. Qəzza zolağının gələcəyi ilə bağlı istənilən razılaşma milli konsensus əsasında həyata keçiriləcək”, – nümayəndə qeyd edib.