Fələstin HƏMAS hərəkatının yüksək rütbəli üzvləri Dohanın Qəzza danışıqlarında vasitəçiliyi dayandırdığını elan etməsindən sonra ötən həftə Qətəri tərk edərək Türkiyəyə gediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail mənbələri məlumat paylaşıb.
Qeyd edilib ki, hərəkatın bir çox liderləri ailələri orada yaşadıqları üçün artıq vaxtlarının əhəmiyyətli hissəsini Türkiyədə keçirirlər.
Daha əvvəl Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən bildirib ki, Qətər ABŞ-ın təzyiqi altında HƏMAS rəhbərliyindən ölkəni tərk etməyi xahiş edib, çünki hərəkat vasitəçilərin israilli girovların azad edilməsi ilə bağlı təkliflərini dəfələrlə rədd edib.